Hər zaman cəsarətli fotoları ilə gündəm olan kök model Eşli Qrem özü haqda kitab yazıb.
Oxu.Az-ın Axşam.az-a istinadən məlumatına görə, ötən gün kitabın təqdimetmə mərasiminə qatılan model bu dəfə də diqqət mərkəzində olmağı bacarıb.
Belə ki, tədbirə transparan geyimdə gələn Eşli göz oxşayıb.
Həyatı haqda yazılan kitabda Qrem atasının onu heç vaxt dəstəkləmədiyini və ona həmişə arıqlamağı məsləhət gördüyünü qeyd edib.
Qrem kitabı ilə kök insanlara mesaj da göndərib. O, həmin insanlara kök vəziyyətdə də gözəl göründüklərini çatdırmaq istəyib.
A.S.
www.oxu.az