Övladları Kurt Efe üçün dayə axtarışına çıxan aktyor Kıvanç Tatlıtuğ və həyat yoldaşı Başak Dizer nəhayət ki, axtardıqları dayəni tapıblar.
Onlar filippinli dayə ilə anlaşıblar.
Məşhur cütlüyün filippinli dayə üçün 25 min lirə, təxminən üç min manat ödəyəcəkləri məlum olub.
Həmçinin, dayənin ildə bir dəfə Filippinə gediş-gəlişi, viza, sığorta və uçuş xərclərini də Kıvanç Tatlıtuğ qarşılayacaq.
Qeyd edək ki, Başak Dizer və Kıvanç Tatlıtuğ 2016-cı ildə evləniblər. Bu ilin aprel ayında isə cütlük valideyn olub.
Mənbə: En son haber
Rəylər