Ötən həftələrdə “Kobra” ləqəbli Azərbaycan kikboksçusu Pərviz Abdullayevin reytinqləri darmadağın edən “Survivor” yarışmasından ayrılmasından sonra layihədə gərginlik pik həddə çatıb.
Oxu.Az xəbər verir ki, “Survivor”un “YouTube”da yayımlanan növbəti anonsunda “könüllülər” qrupunun üzvü - Yasin Obuzla “məşhurlar” qrupunun üzvü - Barış Murat Yağcı arasında əlbəyaxa dava olmasını əks etdirən qalmaqallı görüntülər yer alıb.
İştirakçıların bir-biri ilə savaşaraq, yarışmanı rinq meydanına çevirməsi proqramın layihə rəhbəri Acun Ilıcalının səbrini daşırıb.
O bildirib ki, iştirakçıların bu hərəkətinə görə “Survivor”da qalıb-qalmayacağı müzakirələrdən sonra veriləcək yekun qərarda bəlli olacaq.
Rəşad Əliyev