Keçən il “Victoria 's Secret”in təqdimat üzü olaraq sözün əsl mənasında “inqilab” yaradan, bu il “Sports Illustrated”in üz qabığında yer alan Ashley Graham, indi də bir firmanın bal ayı kolleksiyasının təqdimatı üçün obyektiv qarşısına keçib.
Oxu.Az xəbər verir ki, bu kolleksiya onun öz imzasını daşıyır. 1.75 sm boyunda və 91 kq çəkidə olan Ashley Graham, “Addition Elle” firması üçün hazırladığı kolleksiyasını yaxtada baş tutan çəkilişlərdə nümayiş etdirib. Kök modelin hazırladığı kolleksiya gələn ay satışa çıxarılacaq.
Ashley Graham bir tərəfdən hazırladığı alt geyimləri ilə, digər tərəfdən isə təqdimat üzü olduğu markalar sayəsində son dövrün ən çox qazanan modellərindən biridir. O, 2015-ci ildə 1 milyon dollar qazanıb.