Motosiklet qəzası nəticəsində ağır yaralanan və komaya düşən türkiyəli aktyor İsrafil Köse bu gün xəstəxanada vəfat edib.
Oxu.Az bu barədə milliyet.com.tr saytına istinadən xəbər verir.
Aktyorun nəşi sabah Kocasinan qəbiristanlığında dəfn ediləcək.
14.22
Xəbər verdiyimiz kimi, Türkiyənin məşhur aktyoru İsrafil Köse ötən gün İstanbulun Kadıköy ərazisində motosiklet qəzası keçirib.
Oxu.Az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bir neçə saat əvvəl onun ölüm xəbəri yayılsa da, həyat yoldaşı açıqlama verərək Kösenin komada olduğunu bildirib.
Digər məlumatda isə İsrafil Kösenin hadisə zamanı 14 metr yer ilə süründüyü və həmin anda ürəyinin dayandığı vurğulanıb.
13.08
Türkiyəli aktyor İsrafil Köse ötən gün Kadıköydə düşdüyü yol qəzasından sonra bu gün dünyasını dəyişib.
Oxu.Az bu haqda Türkiyə mətbuatına istinadla xəbər verir.
“İsrafil illərdir motosikletdən istifadə edirdi. Dünən səhər saatlarında motosiklet sürərkən parkinq edən bir taksi qapısını açanda çox pis toqquşma olub. Təxminən 30 metr sürünüb. Çox ağır yaralanmışdı. Bu səhər həyatını itirdi”,-deyə aktyorun meneceri müsahibə verib.
Səhnə həyatına 1987-ci ildən başlayan aktyor “İffet”, “Rıza”, “Koltuk sevdası” və digər filmlərdə rol alıb.
Aytən Sadıqzadə
www.oxu.az