“Eurovision 2014” mahnı müsabiqəsinin qalibi olan avstriyalı müğənni Konçita Vurst Parisdə görüntülənib.
Oxu.Az-ın Qafqazinfo-ya istinadən məlumatına görə, ifaçı “Paris Moda Həftəsi” çərçivəsində keçirilən nümayişə qatılıb. Gecəyə qatılan Konçita Vurst yeni saç düzümü və geyimi ilə maraq doğurub.
Qeyd edək ki, “Eurovision-2015” mahnı müsabiqəsinin “Green-room”unda aparıcı kimi Konçita Vurst olacaq.
“Eurovision-2015” mahnı müsabiqəsinin I və II yarımfinalı müvafiq olaraq mayın 19 və 21-də, final mərhələsi isə 23-də olacaq.