Müğənni Könül Kərimovanın Cabbar Musayevdən sonra yeni duet ortağı Alim Mirzəyevdir.
Oxu.Az məlumat verir ki, K.Kərimova Xəzər telekanalında yayımlanan “Telemaqazin” verilişində yeni duet təklifindən söz açıb:
“Alim Mirzəyevdən təklif aldım, mahnını eşitmədən qəbul etdim. Mahnı “Günəşimsən, ayımsan” adlanır. Bu duetimiz silsilə şəklində olacaq. Klipi yaz aylarında çəkdirməyi planlaşdırırıq. Bütün həmkarlarıma gənc ifaçılara dəstək olmağı məsləhət görürəm. Mənə kimdən duet təklifi gəlirsə, qəbul edirəm. Bu mənim borcumdur”.
Aytən Sadıqzadə
www.oxu.az