Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Aparıcı Əməkdar artistə öz pəhrizini məsləhət gördü: "Bir aya 14 kiloqram arıqlayacaqsan"
Əməkdar artist Könül Kərimova xeyli çəki almasından şikayətlənib.
Müğənni bu haqda ARB TV-nin efirində yayımlanan "Günaydın, Azərbaycan" proqramında danışıb. O bildirib ki, arıqlamaqda çətinlik çəkir:
"Şirniyyat yemirəm. Çox yemək yeyən deyiləm, amma arıqlamıram. Məni kökəldən hərəkətsizlikdir".
Aparıcı Xoşqədəm Hidayətqızı isə ifaçını öz pəhrizi ilə 1 aya 14 kiloqram arıqladacağını deyib.
K.Kərimova yemək hazırlamaq sevgisindən danışıb:
"Yemək bişirərək stress atıram. Hətta bir ara beynimə girmişdi ki, kulinariya kitabı yazım. Bir toyuq və kartofdan neçə növ yemək hazırlaya bilərəm".
Ətraflı videoda:
