Aktrisa Könül Nağıyeva maraqlı açıqlamalar verib.
Oxu.Az aktrisanın türk filmində baş rollardan birini canlandıracağı barəsində məlumat vermişdik.
Nağıyeva “Onlar” verilişinə açıqlamasında həmin filmdən və şəxsi həyatından bəhs edib:
“Filmdə suriyalı bir qadının obrazını canlandıracam. Pulsuzluq ucbatından o, hər şeyə əl atır. Filmdə mənimlə bağlı olan tənqiddən də, təhqirdən də qorxmuram. Açıq-saçıqlıq da ola bilər, amma çərçivəsində.
Həyatımda bir dəfə tərk edilmişəm. Bu da mənə dərs olub. Mən elə insanam ki, “Məni tərk etdilər, sındırdılar”,- deyə kədərlənmirəm. Həyatdır, bu, normaldır. Bu gün sən tərk edirsən, sabah səni tərk edirlər. Çox rahat insanam, hər şeyi təbəssümlə qarşılayıram”.
Aytən Sadıqzadə