Xalq artisti Könül Xasıyeva həyatı ilə bağlı etiraflar edib.
Oxu.Az xəbər verir ki, axşam.az-ın məlumatına görə, xanəndə bacısının xərçəng xəstəliyindən dünyasını dəyişdiyini bildirib:
“2000-ci il mənim üçün uğursuz oldu. Bacım xərçəng xəstəliyindən öldü. 2011-ci ilədək mərhələ-mərhələ ən yaxın insanlarım dünyasını dəyişdi. On il ərzində elə şeylər baş verdi ki... Yavaş-yavaş toparlandım. Kimlərəsə görə həyat davam etməlidir”.
K.Xasıyeva gec ailə qurmasından da danışıb:
“39 yaşında ailə qurmuşam. Övladım 40 yaşımda dünyaya gəlib”.