Koreya modeli bitki yağlarının inyeksiyaları nəticəsində özünü bərbad hala salıb.
Oxu.Az ATV.az-a istinadən bildirir ki, Xanq Mioku adlı model 28 yaşında ilk plastik əməliyyatını keçirib. Yaponiyaya köçəndən sonra modelin əsas kariyerası başlayıb. Lakin üzünə silikon etdirmək istəyi elə kariyerasının başlamadan bitməsinə səbəb olub. Getdikcə üzü dəyişən modelin həkimləri onu əməliyyatdan etməkdən imtina edib. Koreya gözəli isə dərisinin altına müxtəlif yağları özü inyeksiya edib.
Hazırda o, əməliyyata pul yığmaq məqsədilə televiziya tamaşaçılarına müraciət edir. Hətta keçirdyi on əməliyyatdan sonra valideynləri belə doğma qızlarını tanımır.