“KANAL D”nin sevilən serialı “Kurtlar Vadisi Pusu”da rol alan Erhan Ufak evlənib.
Oxu.Az Türkiyə KİV-nə istinadla xəbər verir ki, məşhur aktyor iki gün əvvəl Ataşehir Bələdiyyəsində sadə bir nikah mərasimi təşkil edib. O, biznes ledi Süreyya Kulla ailə qurub.
Cütlüyün nikah şahidləri Ufakın serialdakı həmkarları Necati Şaşmaz və Cahit Kayaoğlu olub.
Aytən Sadıqzadə
www.oxu.az