“Kurtlar Vadisi”dəki Elif obrazı ilə yaddaqalan və məşhurlaşan aktrisa Özgü Namal ana olub.
Oxu.Az Türkiyə KİV-nə istinadən xəbər verir ki, reklamçı Sərdar Oralla münasibətindən Nəfəs adlı oğlu dünyaya gəlib. Aktrisanın doğuşu evində gerçəkləşib.
3 kiloqram yarım çəkisi və 52 santimetr boyu olan uşaqla ananın vəziyyəti normaldır.
Aytən Sadıqzadə