“Muhteşem Yüzyıl” serialı ilə ərəb ölkələrində da sevilən türkiyəli aktrisa Nebahat Çehreyə bahalı hədiyyə verilib.

Oxu.Az Türkiyə KİV-nə istinadən xəbər verir ki, aktrisa serialdan sonra Küveyt Kralı tərəfindən ona 100 min dollarlıq saat hədiyyə olunduğunu bildirib:

“Muhteşem Yüzyıl” serialından sonra ərəb dünyasından bir çox təkliflər aldım. O zaman Küveyt Kralı və şahzadəsi də məni burada ziyarət etdi. Daha sonra onlar tərəfindən Küveytə dəvət olundum. Mənə 100 min dollar dəyərindəki bu saatı hədiyyə etdilər”.
