Şirniyyat və digər un məmulatlarının istehsalı ilə məğul olan Quliyev Emin Vahid oğluna məxsus obyektdə yoxlama aparılıb.
Bu barədə Oxu.Az-a nazirlikdən deyilib.
“Tədbir zamanı obyektdə üzərində vergi ödəyicisinin soyadı, adı, atasının adı, şəxsiyyəti eyniləşdirmə nömrəsi (VÖEN) və malın saxlanma müddəti barədə məlumalar yazılmış etiketlər olan 151 ədəd müxtəlif ölçülü paketlərdə qablaşdırılmış makaron məmulatları, 233 qutu müxtəlif növ şirniyyat məhsulları, 67 kisə un, 2 kisə şəkər, 3 ədəd 5 litrlik qablarda bitki yağı və digər xammal aşkar edilmiş, istehsal sobalarının istifadəyə hazır vəziyyətdə olduğu müəyyən edilib”.
Bundan başqa, un məmulatlarının istehsalı ilə məşğul olan fiziki şəxs Əliyev Nahid Tapdıq oğluna məxsus obyektdə də yoxlama aparılıb.
Yoxlama zamanı obyektdə içərisində fiziki şəxsin adı və ona məxsus olmayan başqa bir VÖEN göstərilmiş etiketlər olan 864 ədəd sellofan paketdə “Ruskaya Korona” adı ilə qablaşdırılmış makaron, vermişel, əriştə məhsulları, eləcə də 63 kisə un aşkar edilərək, müvafiq qaydada rəsmiləşdirilib”.
Nazirlikdən bildirilib ki, qeyd olunanlardan əlavə, vergi ödəyicisinin əmək qanunvericiliyini kobud şəkildə pozaraq, 6 nəfər fiziki şəxslə əmək müqaviləsi bağlamadan onları işlərin yerinə yetirilməsinə cəlb etdiyi də aşkar olunub.
“Hər iki vergi ödəyicisinin fəaliyyətləri ayrı-ayrı vaxtlarda müvəqqəti olaraq dayandırmalarına baxmayaraq, aparılan araşdırmalar zamanı hər iki şəxsin faktiki olaraq sahibkarlıq fəaliyyətini davam etdirərək ilə məşğul olduğu, gəlir əldə etdiyi, vergi orqanına bəyannamə təqdim etmədiyi və dövlət büdcəsinə vergi ödəmədiyi müəyyən olunub.
Aşkar edilmiş vergi hüquqpozmaları ilə yanaşı, sözügedən istehsal sahələrində sanitar-gigiyenik normalara da riayət olunmadığı, obyektlərin hər yerində antisanitariya şəraitinin hökm sürdüyü müşahidə olunub”, - deyə nazirlikdən qeyd edilib.
Nazirlikdən onu da bildiriblər ki, hər iki vergi ödəyicisi barəsində qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görüləcək.
Ülviyyə R. Əli
www.oxu.az