Lady Gaganın 16 sentyabrda “İTÜ Stadionu”nda verəcəyi konsertinin əsas sponsoru “Doritos”, ötən gün Türkiyədə “Four Seasons Bosphorus Aqua”da xüsusi Lady Gaga partisi təşkil edib.
Oxu.Az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Tuğba Özerk gecəyə modelyer Tanju Babacanın onun üçün hazırladığı qiyafədə qatılıb. Başındakı yumurta şlyapalı geyimi diqqət çəkən müğənni Lady Gaga kimi fərqli olmaq istədiyini söyləyib.
Gecəyə Şeyma Subaşı, Yasmin Erbil, İdil Fırat, Özlem Yıldız, Mabel Matiz, Hande Acar, Ayşe Hatun Önal kimi bir çox məşhur simalar da qatılıb.
Zeynep Tosunun Lady Gaga üçün hazırladığı xüsusi paltarların də sərgiləndiyi axşamda, xüsusilə 2500 ədəd çips və 450 metr çips paketi istifadə edərək hazırladığı geyim diqqət mərkəzində olub.
Aytən Sadıqzadə