Bu gün səhər saatlarında Xaçmaz rayonu ərazisində, Gəndob-Yalama yolunun 18-ci kilometrliyində yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, 1979-cu il təvəllüdlü Vüqar İslamovun idarə etdiyi 27 BB 274 dövlət nömrə nişanlı, “VAZ 2107” markalı avtomaşınla Şabran şəhər sakini Vüqar Məmmədovun idarə etdiyi 10 NV 888 dövlət nömrə nişanlı, “VAZ 21015” markalı avtomaşın toqquşub. Hadisə nəticəsində hər iki maşının sürücüsü və “VAZ 2107”-də olan sərnişin Xaçmaz rayonu, Üçkün kənd sakini, 1986-cı il təvəllüdlü Qalib Əsədov müxtəlif bədən xəsarətləri ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Xəsarət alanlardan V.Məmmədov ilkin tibbi yardımdan sonra ambulator müalicə üçün evə buraxılıb. “VAZ 2107”-nin sürücüsü və sərnişinin vəziyyətləri orta-ağır olduğu üçün müalicələri Xaçmaz MRX-da davam etdirilir.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin