Əməkdar artist Lalə Məmmədova ATV-də yayımlanan “ATV maqazin onlarla” verilişində şəxsi həyatından bəhs edib.
Oxu.Az xəbər verir ki, müğənni boşanma ərizəsinin ilk dəfə qarşı tərəfin verdiyini etiraf edib:
“Heç vaxt istəməzdim ki, ailəm dağılsın. İlk dəfə etiraf edirəm ki, boşanmaq üçün iddia ərizəsini qarşı tərəf vermişdi. Bəlkə də başqa vaxt versəydi, düşünərdim kaprizdi. Mənim bətnimdə övladım var idi. Qadının ən çətin, duyğulu, köməksiz vaxtı onun hamiləlik dövrüdür. Ola bilər o da peşmançılıq çəkir.
Bitdi, geriyə qayıtmasın istəmirəm. İllərlə okeanın tam ortasına kimi qayıqda avar çəkdim. Ortaya çatanda başa düşdüm ki, təkəm”.
L.Məmmədova ikinci övladı dünyaya gələndə keçmiş həyat yoldaşının onu tək qoyduğunu söyləyib:
“İkinci övladım dünyaya gələndə media nümayəndələri xəstəxananın qarşısında dayanmışdılar. Gecə qaranlıqda xəstəxanadan tək çıxdım. Düşündüm ki, bəlkə övladının xətrinə qayıdar. Sonda başa düşdüm ki, yanılmışam. Həmin an mənə valideynlərim dəstək oldular. Yoxsa qızımı dünyaya gətirə bilməzdim”.
L.Məmmədova ikinci dəfə ailə həyatı qurmaq istədiyini də deyib:
“Bu dəfə tələblərim başqadır. Mən də insanam, ömrüm başa çatmayıb ki... O insan məni ilk növbədə saf məhəbbətlə sevməlidir. İkinci tələbim isə musiqidir. Sənətimi qəbul etməlidir”.