Bu gün Azərbaycan Mərkəzi Bankının müntəzəm hərracları vasitəsilə hərrac təşkil edilib.
Bu barədə Fonddan Oxu.Az-a bildirilib.
“SOFAZ tərəfindən 200 mln. ABŞ dolları məbləğində vəsait hərraca çıxarılıb, bu vəsaitdən 193 mln. 896 min ABŞ dolları məbləğində vəsait 28 banka satılıb”, - deyə Fonddan qeyd edilib.
Neft Fondundan qeyd edilib ki, il ərzində Fond tərəfindən hərraclar vasitəsilə valyuta satışı davam etdiriləcək.
Ülviyyə R. Əli
www.oxu.az