Əməkdar artist Lalə Məmmədova ifa etdiyi “Məktəb illəri” ilə bağlı məzunlara qadağa qoyub.
Oxu.Az AzNews.az-a istinadən xəbər verir ki, bu barədə o, özünün Facebook səhifəsində yazıb.
Lalə Məmmədova bildirib ki, şagirdlərin bu əsəri oxumağa haqları yoxdur:
“Bu əsərin sözlərini təhrif edib oxumağa uşaqların haqları yoxdur. Əgər çox istəyirlərsə, məktəb haqqında yeni mahnı yazıb ürəkləri istədikləri kimi oxuyardılar. Yəqin ki, əsərin müəlliflərinin Aygün Səmədzadə və Kəmalə Abiyevanın bundan xəbəri yoxdur. Çox təəssüf”.