Dünya şöhrətli ulduz Lara Fabian “Eurovision-2016”-nın qalibi Camala haqqında düşündüklərini dilə gətirib. Camalanın çıxışını şərh edən məşhur ifaçı gələn il müsabiqədə onunla bərabər oxumaq istədiyini bildirib.
Oxu.Az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
İfaçı bildirib ki, Camalanın səsi və kompozisiyası ona təsir edib. Belə ki, Fabian mahnının məzmununa kədərlənib. O qeyd edib ki, Krım tatarlarının tarixi çox təsirlidir.

Lara Fabian qeyd edib ki, ukraynalı ifaçı ilə şəxsən görüşmək və onunla birlikdə mahnı oxumaq istəyir.
A.S.
www.oxu.az