Dünya şöhrətli müğənni Lara Fabian və türk estrada müğənnisi Mustafa Cecelinin “Make me yours tonight” dueti getdikcə populyarlıq qazanır.
Oxu.Az xəbər verir ki, duet iki – ingilis və türk dillərində səslənib. Türk versiyasında mahnı “Al götür beni” adlanır. Klip çəkilərək bütün musiqili kanallarda təqdim edilib.
Xatırladaq ki, dünya şöhrətli ulduz, müasir estradaınnı ən güclü səslərindən birinə malik olan lara Fabian noyabr ayının 23-də Heydər əliyev adına sarayda çıxış edəcək. Müğənninin proqramı “Best of...” adlanır.
Qeyd edək ki, konsert Lara Fabianın Bakıda keçiriliən ilk solo konserti olacaq. Belçika müğənnisinin konsertinə biletləri paytaxtın bütün kassalarında, əldə etmək olar. Biletlərin qiyməti 40 mantdan 280 manata qədərdir.

Aytən Sadıqzadə
www.oxu.az