Ledi Qaqa gizli ərə gedib.
Oxu.Az xəbər verir ki, ANS PRESS-in məlumatına görə, xarici jurnalistlər aktrisanın çoxdankı sevgilisi aktyor 33 yaşlı Teylor Kinninin sol əlinin adsız barmağında nişan üzüyü görüblər.
“Hollywood Life” nəşri 28 yaşlı Ledi Qaqanın “Vampirin gündəlikləri” serialının ulduzu Teylorla gizli nikaha girdiyini yazıb.
Nəşr buna səbəb kimi Kinninin həmkarı Sofi Buşun sosial şəbəkədə yaydığı şəkli göstərib. Sofi Buş Instagram hesabında onların birgə şəklini dərc edib.
Şəkildə abunəçilərin diqqətini aktyorun sol əlinin adsız barmağında üzük cəlb edib. Buşun özü şəkilaltı yazıda “Bu, onun üzüyü deyil, süjetə görədir” yazmaqla söz-söhbətləri daha da qızışdırıb.
Məhz bu nəşrdən sonra Teylor Kinni və Ledi Qaqa gizli evlənib.
Daily Mail xatırladıb ki, ifaçı keçən ilin yayında Kanada Torontosunda anası ilə birlikdə qız toy donlarını ölçürdü.
Qeyd edək ki, Ledi Qaqa hər zaman arzu edib ki, onun toyu əvəzolunmaz və gözlənilməz olsun.