Aktyor Leonardo DiKaprionun müğənni Rihanna ilə sevgili olması haqqında xəbərlər öz təsdiqini tapmayıb.
Oxu.Az-ın xarici KİV-ə istinadən məlumatına görə, Rihanna aktyor ilə sevgi münasibətlərini təkzib etdikdən sonra mediada DiKaprionun yeni sevgilisi haqqıda xəbər yayılıb.
Belə ki, bu həftə Leonardo model Kelli Rorbaxla iki dəfə gecə klublarında görüntülənib. Güman olunur ki, yaraşıqlı aktyorun yeni sevgilisi məhz Kelli Rorbaxdır.