Əməkdar artist Leyla Şıxlinskaya ATV-də yayımlanan “5-ci element” verilişinin qonağı olub.
Oxu.Az xəbər verir ki, o, “Gün keçdi” filmindəki onun Əsmər rolunu səsləndirən xalq artisti Amaliya Pənahovanı təqlid edərək ələ salıb:
“Amaliya xanım və başqa aktrisalar Əsmər obrazının sınaq çəkilişlərində iştirak edib. Onlar bu rola yetkin qadın kimi yanaşdılar. Oradakı ehtiraslı səslər də obraza mane olurdu.
Fraqmentlərdən birində Əsmər deyir: “Mən buna görə gəlməmişəm”. O, bu sözləri çox sadə deyir. Daha səslənmədəki kimi yox. (Amalya Pənahovanı təqlid edir – red.) Filmdəki səsləndirməni eşidəndə tüklərim biz-biz oldu. Axı orada hər şey daha zərif idi”.