“Elle Style Awards 2016” mükafatının təqdimetmə mərasimi keçirilib.
Oxu.Az xəbər verir ki, tədbirdə moda və şou-biznes aləmindən bir sıra ulduz qonaq iştirak edib. Onların çoxu evə mükafatla qayıdıb.
23 yaşlı model Karli Kloss “İlin ən ilhamverici qadını” nominasiyasında mükafat alıb. Üçüncü uşağının yolunu gözləyən 38 yaşlı Liv Teylor “TV-də ən yaxşı aktrisa” mükafatını alıb.
Aktrisa və model Syuki Uotehaus “İlin irəliləyişi” nominasiyasında mükafat alıb, Lana Del Rey “İlin ən yaxşı müğənnisi” olub.
Dizayner Alber Elbaz “Moda sahəsində nailiyyətlərinə”, Elizabet Olsen isə “İlin aktrisası” mükafatına layiq görülüb.