Xəbər verdiyimiz kimi bu il 13-cü “Mawazine Musiqi Festivalı” Mərakeşdə təşkil olunub.
Oxu.Az xəbər verir ki, festival səhnəsinə cəsarətli geyimlə çıxan Cenifer Lopesə dövlət nümayəndəsindən sərt reaksiya gəlib.
Belə ki, Ədalət və İnkişaf Partiyasının millət vəkili və hökumət sözçüsü Mustafa Half müğənninin festivalın məzmununu və televiziya qayda-qanunlarını pozduğunu söyləyib. Mərakeş mediasında isə ifaçının “ədəbsiz hərəkətlər etdiyi və çox açıq geyindiyi” başlıqlı tənqidi yazılar yer alıb.