Türkiyənin məşhur aktyorlarından olan Münir Özkulun dünyasını dəyişdiyi haqda xəbərin yalan olduğu ortaya çıxdı.
Oxu.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, aktyorun qızı Güner Özkul atasının öldüyü ilə bağlı xəbərlərə Twitter-dən münasibət bildirib.
“Əgər yorulmadan hər gün “Münir Özkul öldü” kimi xəbərləri versəniz, bir gün həmin xəbər doğru olacaq. Çünki hər kəs bir gün öləcək. Siz belə... Amma atam hələ ölmədi, yaşayır. Sizin xəbərinizə rəğmən, sizə inad yaşayır”.
Qeyd edək ki, Münil Özkul “Hababam sınıfı” filmində unudulmaz obraz yaradıb, aktyor filmdə “Mahmut hoca” rolunu canlandırıb.