“Hababam sınıfı” filmində “Mahmut hoca” obrazını yaradan aktyor Münil Özkul dünyasını dəyişib.
Oxu.Az xəbər verir ki, Türkiyənin məşhur “Yeşilçam” kinostudiyasının əfsanə aktyorlarından olan Münir Özkul Əhya gecəsi vəfat edib.
88 yaşlı aktyor uzun müddət yatağından ayağa qalxa bilmirdi.
Xatırladaq ki, o, 1925-ci il avqustun 15-də İstanbulda dünyaya göz açıb. Aktyor türk teatrı və kino tarixində ölməz obrazlar yaradıb.
Həyatı boyu 400-dən çox filmə çəkilmiş aktyorun kinolarda səsləndirdiyi replikalar bu gün Anadolu sakinlərinin dilindədir.
Allah rəhmət eləsin!