“X Factor” yarışma proqramına qatılan 18 yaşlı iştirakçı Sabrina Fabian səhnədə huşunu itirib.
Oxu.Az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Sabrina çıxışı zamanı mahnının sözlərini unudub. Münsiflər çıxışı üçün ona kömək etməyə çalışsalar da, Sabrina qəflətən huşunu itirərək səhnədə yerə yıxılıb. İlk tibbi müdaxilələrdən sonra yenidən ifasına davam edən iştirakçı münsiflərdən iki “xeyr” alaraq yarışmanı tərk edib.
Qeyd edək ki, izləyicilərin bir qismi Sabrinanın diqqət çəkmək üçün səhnədə huşunu itirdiyini iddia edib.