22 il sonra ifaçı Manaf Ağayevə qardaş sürprizi olunub.
Oxu.Az ATV.az-a istinadla məlumat verir ki, Manaf Ağayev bu barədə ilk dəfə ATV telekanalında yayımlanan "Mənə bir az ondan danış" verilişində aydınlıq gətirib:
"Biz ailədə 4 qardaş, 4 bacıyıq. O qardaşlardan biri də ata bir, ana ayrıdır. Bunu da biz bilmirdik. Bircə böyük qardaşım bilib və gizlədib. O vaxtları atam evli ola-ola başqa arvadla görüşüb, zarafatlaşıb, sevişib, bilmirəm nə edibsə, o arvaddan həmin qardaşım dünyaya gəlib. O uşağın 40-ı çıxmamış atıblar atamın üstünə. Anam deyib uşağın nə günahı var, onu da saxlayıb. Bir gün qonşuda uşaqla dava etdim, dedim ki, qardaşıma deyəcəm. Oğlan dedi ki, o sənin qardaşın deyil. 22 sonra bildim, o ata bir, ana ayrı qardaşımdır. Fərqi yoxdu, bu dəqiqədə o mənim qardaşımdır".