Müğənni Manaf Ağayevin barəsində xoşagəlməyən xəbər yayılıb.
Deyilənlərə görə, sənətçi sosial şəbəkədə qızlarla tanış olaraq görüşürmüş.
Oxu.Az məlumat verir ki, SİA-ya açıqlama verən müğənni xəbərin ağ yalan olduğunu deyib:
“Mən sosial şəbəkələrdən istifadə etmirəm. Çünki kompüterdən anlayışım yoxdur. Eyni zamanda da qızlarla tanış olmaq mənə yaraşmaz. İnternetlə bağlı bütün işlərimi oğlum həll edir”.
Qeyd edək ki, bir müddət öncə naməlum şəxs sosial şəbəkələrdə müğənni Manaf Ağayevin adından istifadə edərək qızlarla tanış olub, onları görüşə çağırırmış.