Şou-biznesin varlı nümayəndələrindən biri olan müğənni Manaf Ağayev paylaşımı ilə diqqətləri üzərinə cəlb edib
Oxu.Az xəbər verir ki, sənətçi 727 minlik “Instagram” hesabında Buzovnadakı dəbdəbəli villasından çəkdiyi fotolarını izləyiciləri ilə bölüşüb.
“BMW i8” və “Opel Speedster Turbo” markalı lüks avtomobilləri fonunda şəkillər çəkdirən Manafın bir neçə milyonluq villası kölgədə qalıb.



Qeyd edək ki, M.Ağayevin iki oğlu, bir qızı var. Sənətçi böyük oğlu Elçini iki il öncə evləndirib. Bu toy mərasimi mediaya qapalı şəkildə keçib.
Bir neçə ay öncə isə müğənninin ikinci oğlu Müşfiq nişanlanıb. Oğullarından biri İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində, o biri isə bankda çalışır.
Rəşad Əliyev