Azərbaycanın əməkdar artisti Manana Çaparidze “Bakı-2015” Avropa Oyunlarına həsr etdiyi mahnıya klip çəkdirib.
Bu barədə Oxu.Az-a klipin rejissoru Nail Naiboğlu məlumat verib. O, bildirib ki, “This is my time” (“Mənim zamanımdır”) adlanan mahnının müəllifi ingilis bəstəkarı Çarlzdır.
Rejissor onu da qeyd edib ki, ekran işi 20 saat ərzində çəkilib. Klipdə 7 məkandan istifadə olunub.
Klipdən çəkilən şəkilləri təqdim edirik.
Aytən Sadıqzadə
www.oxu.az