Məşhur Hollivud aktrisası Marqo Robbi Avstraliyada nəşr edilən “Vogue” jurnalının sentyabr buraxılışı üçün fotosessiyada iştirak edib.
Nəşrin səhifələrində 29 yaşlı ulduzun rejissor KventinTarantinoya verdiyi müsahibə də çap olunub. Marqonun da çəkildiyi “Bir dəfə Hollivudda” filminin rejissoru onunla böyük sənətə yolu barədə söhbət aparıb.
Marqo həmçinin Avstraliyanın Kvinslend ştatından Hollivuda necə köçdüyündən danışıb.