“Maşın şou. Hind kinosu”nun daha bir xarizmatik iştirakçısı şounu tərk etdi.
Oxu.Az xəbər verir ki, bu, publikanın sevimlisi olan repçi Ramil Nabrandır.
Şoudan çıxmağa namizəd olan R. Nabran tribunaya yaxınlaşaraq öz pərəstişkarlarına inandığını bəyan etdi. Aydın idi ki, Ramil layihədə qalsa, Sərxan Kərəmoğlunun şoudakı iştirakına son qoyulacaq. Onların arasındakı münaqişə öz sözünü deyirdi.
Tamaşaçıların 58,47 faizi Ramil Nabranın şoudan getməsini istədi.
Lakin bununla iş bitmədi. Qalan iştirakçılarla sağollaşma zamanı Dilarə Kazımova emosiyalara qapılaraq Ramil Nabranı qucaqladı və əlini maşından çəkdi. Bununla da bu axşam onun şoudakı son günü oldu.
“Maşın şou. Hind kinosu”nda 5 nəfər qaldı.
Xatırladaq ki, finaladək yalnız üç iştirakçı qalmalıdır.
Qeyd edək ki, “Maşın Şou. Hind kinosu”na informasiya dəstəyini Oxu.Az və Baku.TV verir.
“Maşın şou”da ikili zərbə - VİDEO
Cavid Osmanov
FOTO: Musa Vladimir
Rəylər