“Maşın” realiti şousunun ötən gün yayımlanan buraxılışından sonra iştirakçılar arasında qalmaqal baş verib.
Oxu.Az xəbər verir ki, müğənni Elton Hüseynəliyevin az səs toplayaraq proqramı tərk etməsindən sonra yaranan söz-söhbətin mərkəzində rejissor Aqil M.Quliyev, aktrisa Pərvin Abıyeva və rəqqasə Oksana Rəsulova dayanıb. Realiti şounun təqdim olunan yeni anonsu buna əsas verib.
Anonsu təqdim edirik:
“Maşın” şou hər axşam saat 22:00-da ATV telekanalında canlı yayımlanır.
Aytən Sadıqzadə
www.oxu.az