Gərgin davam edən “Maşın” realiti şousunda daha bir iştirakçının səhhətində problem yaranıb.
Oxu.Az xəbər verir ki, bu dəfə müğənni Ruhəngiz Musəvinin halı pisləşib.
Proqramın yaradıcı heyəti Musəviyə görə təcili yardım çağırıb.
Həkim müdaxiləsindən sonra ifaçının vəziyyəti normallaşıb.
Qeyd edək ki, analoji hal bir neçə gün öncə müğənni Rahidə Baxışova ilə də yaşanmışdı. Müğənni yaşadığı stresslə bağlı həyəcan keçirmiş və xəstələnmişdi.
Pərviz Hüseyn
FOTO: Elbrus Musayev
www.oxu.az
Rəylər