Mərhum pop ulduz Maykl Ceksonun Kaliforniyadakı ərazisi satışa çıxarılıb.
Oxu.Az xarici mətbuata istinadən xəbər verir ki, “Neverland” adlanan sahə bir neçə mülkdən, əyləncə və istirahət mərkəzlərindən ibarətdir. Əraziyə ilkin satış qiyməti 100 milyon dollar qoyulub.
Maykl Cekson özü isə bu ərazini 1987-ci ildə 19 milyon 500 min dollara almışdı.