Maykl Ceksonun qızı Paris Cekson “Rolling Stone” jurnalına müsahibə verib.
Oxu.Az Qafqazinfo-ya istinadla xəbər verir ki, Paris 14 yaşında təcavüzə məruz qaldığını və dəfələrlə intihara cəhd etdiyini söyləyib.
“14 yaşımda tanımadığım şəxs tərəfindən təcavüzə məruz qaldım. Bundan sonra depressiyaya düşdüm və narkotik istifadə etməyə başladım. Dəfələrlə intihara cəhd etdim, ancaq ölmədim. Bundan sonra 2013-cü ildə xətəxanaya yerləşdirildim”.
A.S.
www.oxu.az