Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Məhəbbət Kazımov sabah torpağa tapşırılacaq
Mərhum xanəndə Məhəbbət Kazımovun Fəxri Xiyabanda dəfn olunmasına rəsmi qurumlar tərəfindən icazə verilməyib.
Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, onun Bakı şəhərindəki qəbiristanlıqlarda torpağa tapşırılması üçün də yer ayrılmayıb. Ona görə də, mərhum sənətkarla vida mərasiminin keçirilməsi üçün Bakıdakı mədəniyyət sarayları deyil, Xırdalan qəsəbəsindəki Mədəniyyət evi seçilib.
Məlumata görə, M.Kazımovun nəşi yanvarın 28-də Xırdalan qəsəbəsindəki qəbiristanlıqda torpağa tapşırılacaq.
Mövzuya aid xəbərlər
Ən çox oxunanlar