Əməkdar artist Mehriban Xanlarova sosial media hesabında Türkiyədə itkin düşüb, iki sonra cəsədi tapılan yeddi yaşlı İkranur Tırsi ilə bağlı paylaşım edib.
Aktrisa paylaşımında gender bərabərsizliyi məsələlərinə toxunub:
“Yeddi yaşlı uşaqdan insan nə istəyə bilər? Hər zaman çıxışlarımda demişəm və yenə də deyirəm: Uşaqlara qarşı törədilən cinayətlərin və təcavüz hadisələrinin qarşısını almaq üçün bütün dünya mütləq edam cəzasını qəbul etməlidir. Başqa yolu yoxdur. Vicdanı olan susmasın!
Həyatda heç kim bilmir ki, özünün və ailəsinin başına hansı hadisə gələ bilər. Bu mövzu çox ciddi və həssasdır. Hər birimizin evində, ailəsində qız övladı böyüyür. Artıq bu cür hadisələr dünyada elə bir həddə gəlib çatıb ki, insanlar qız övladı sahibi olmaq istəmir. Deyir ki, gələcəkdə hansısa şərəfsizin qurbanı olmasın. Dövlət səviyyəsində lazımı addımlar atılmalıdır. Cinayətkara 5-10 il həbs cəzası verməklə heç nə dəyişilməyəcək. Şəxsən mən edam cəzasının qüvvəyə minməsini istəyirəm”.
Посмотреть эту публикацию в Instagram"Türkiyə" teqi üzrə xəbərlər
- Türkiyəli məşhur müğənni Güllünün şübhəli ölümü: Qətldə günahlandırılan qızı ilə bağlı qərar verildi - Foto
- İstanbulda çökmüş bina ilə bağlı maraqlı fakt: Sütununda aşkarlanan balıqqulağı diqqət çəkdi - Foto
- Əfsanəyə bənzərliyi ilə diqqətləri üzərinə çəkdi: "Türk Kollina" - Foto
- Türkiyədə keçmiş nazirin şübhəli ölümü: İşçilərindən biri üçün qırmızı bülleten tələb olundu
- Türkiyədə qaya uçqunu: Azərbaycan qeydiyyatlı TIR-a ziyan dəydi - Video
Digər xəbərlər