Əməkdar artist Mehriban Xanlarova “Xəzər” televiziyasında yayımlanan “Yeri gəlmişkən” verilişində şəxsi həyatından bəhs edib.
Oxu.Az xəbər verir ki, aktrisa şəxsi və iş həyatında xeyli peşmançılıqlar yaşadığını deyib:
“Yoldaşıma görə 4 il sənəti atdım. Çox peşmanam. Mənə gələn bütün ssenariləri bağlayırdı. Onun anası ucbatından boşandım. Sənətimdə də, ailə həyatımda da çox peşmançılıqlar yaşamışam. Danışsam, gərək hönkür-hönkür ağlayam”.
Qeyd edək ki, M.Xanlarovanın keçmiş həyat yoldaşının anası xalq artisti Brilyant Dadaşovanın bacısı, müğənni Lalə Dadaşovadır.