Xalq artisti Məleykə Əsədova tədbirlərin birinə qızı Gülərlə qatılıb.
Oxu.Az axsam.az-a istinadən xəbər verir ki, fotokamera qarşısına keçən aktrisa övladı ilə şəkillər çəkdirib.
M.Əsədova 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə qızını təbrik edib:
“Şükür Allahıma ki, qızım Güləri mənə bəxş edib. O, mənim yaşamaq eşqimdir. Həyatım onunla gözəlləşir. Qızımın simasında dünyanın ən təmiz, saf məxluqları olan uşaqları təbrik edirəm. Sizlər bizim gələcəyimizsiniz”.