Xəbər verdiyimiz kimi xalq artisti, Akademik Milli Dram Teatrının aktrisası Məleykə Əsədovanın qızı Gülər xəstəxanaya yerləşdirilib.
Oxu.Az xəbər verir ki, gecəyarısı xalq artistinin qızının vəziyyəti qəfildən pisləşib. Həkimlər qızın təcili olaraq xəstəxanaya yerləşdirilməsinə qərar verib.
Bu haqda Oxu.Az-a xalq artisti bunları söylədi:
“Ötən gecə qızımın hərarəti 40 dərəcəyə yüksəldi. Təcili Sabunçu şəhər 3 saylı xəstəxanaya yerləşdirdik. Çox qorxu keçirdim. Hal-hazırda vəziyyəti yaxşıdır. Amma daha bir gün də xəstəxanada qalacaq. Sizin vasitənizlə Sabunçu şəhər 3 saylı xəstəxananın baş həkiminə və uşaq şöbəsində çalışan Ramiz doktora öz minnətdarlığımı bildirirəm”.
Aytən Sadıqzadə
www.oxu.az