Xalq artisti, Akademik Milli Dram Teatrının aktrisası Məleykə Əsədovanın qızı Gülər xəstəxanaya yerləşdirilib.
Oxu.Az xəbər verir ki, Publika.az-ın əldə etdiyi məlumata görə, gecəyarısı xalq artistinin qızının vəziyyəti qəfildən pisləşib və təcili yardım maşını çağırılıb.
Həkimlər qızın təcili olaraq xəstəxanaya yerləşdirilməsinə qərar verib. Hazırda qızın vəziyyətinin necə olduğu bilinmir.
Oxu.Az mövzu ilə əlaqədar xalq artistinin mövqeyini işıqlandıracaq.
Saytımızı izləməkdə davam edin.