Paytaxtın mərkəzi küçəsində növbəti yeni “Happy Baku” fleşmobu hazırlanıb.
Oxu.Az xəbər verir ki, videoçarx Pharrell Williamsın “Happy” mahnısının sədaları altında lentə alınıb.
Qeyd edək ki, ötən dəfəki video-çarxda sənət aləminin tanınmış simaları – xalq artisti Brilliant Dadaşova, əməkdar artist Tünzalə Ağayeva, aktrisalar Naina İbrahimova, Suqra Bağırzadə, yazıçı Çingiz Abdullayev, cazmen Cavan Zeynallı, aktyor Bəhram Bağırzadə, rejissor Fuad Əlişov və başqaları yer almışdı.
Aytən Sadıqzadə
www.oxu.az