Xalq artisti, Akademik Milli Dram Teatrının cazibədar aktrisası Məleykə Əsədovadan toy xəbəri var.
Oxu.Az Publika.Az-a istinad edərək xəbər verir ki, aktrisanın bacısı oğlu Murad ailə həyatı qurub.
Paytaxt restoranlarının birində baş tutan toy mərasimində Məleykə Əsədovanın sənət dostları və şou-biznes nümayəndələri də iştirak edib.
Aktrisanın bacısı oğlu Səbail Rayon Polis İdarəsində çalışır. O, sevib-seçdiyi qızla ailə həyatı qurub. Qardaşı olmadığına görə, xalq artisti Muradı özünə qardaş sayır.