ARB TV-də yayımlanan “Evgördü” verilişinin yaradıcı heyəti Xalq artisti Məleykə Əsədovanın evində qonaq olub.
Oxu.Az xəbər verir ki, aktrisa övladı Gülərdən bəhs edərkən “Qızımın 12 yaşı var. Ona məsləhət vermişəm ki, hansı peşəni seçərsə işinin peşəkarı olsun. Aktrisalıq çox çətin sənətdir. Bir qızım var, istəmirəm ki, çətinliyə düşsün” söyləyib.
A.S.
www.oxu.az