Türkiyəli rejissor Kürşat Kızbazın çəkdiyi “Sonuncu Baba Aşkın Sirri” filminin heyətinə tamaşaçıların “Kurtlar Vadisi”dən Memati obrazı ilə tanıdığı aktyor Gürkan Uygun da qatılıb.
Oxu.Az xəbər verir ki, Gürkan Uygun sözügedən ekran əsərində Osmanlı padşahı sultan Bəyazidi canlandırır.
Sevilən aktyor yeni obrazı ilə bağlı bunları söyləyib:
“İkinci Bəyazid obrazını canlandırmaq çox gözəl duyğudur. “Muhteşem Yüzyıl”da Memar Sinan obrazını canlandırmışam. Bu cür tarixi şəxsiyyətləri canlandırmaq aktyor üçün böyük şansdır, amma bir o qədər də məsuliyyətlidir”.

Aytən Sadıqzadə
www.oxu.az